Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abraham
14 iyun 2021 11:06 (UTC +04:00)

Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abraham

Qarabağda döyüşən muzdlu terrorçuya hökm oxundu - YENİLƏNİB

Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o cəzanın ilk 5 ilini həbsxanada, digər hissəsini ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, prokuror çıxışında məhkəmədən Eulcekcian Viken Abrahamın 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

***

08:24

Bu gün Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın məhkəməsi davam etdiriləcək.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrlik etdiyi i ikollegiya müşavirədən qayıdaraq hökmü elan edəcəklər.

Qeyd edək ki, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

# 2403
avatar

Oxşar yazılar

Bakıda "Jiquli" aşdı, 4 yaralı var

Bakıda "Jiquli" aşdı, 4 yaralı var

26 aprel 2024 , 00:08
Yevlaxda "Land Crusier" aşdı, sürücü öldü

Yevlaxda "Land Crusier" aşdı, sürücü öldü

25 aprel 2024 , 21:08
Abşeronda kişi özünü asdı  - FOTO

Abşeronda kişi özünü asdı - FOTO

25 aprel 2024 , 19:29
Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:18
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16