Qanun pozan şadlıq sarayı icarədarları cərimələndi - FOTO
16 iyul 2021 17:56 (UTC +04:00)

Qanun pozan şadlıq sarayı icarədarları cərimələndi - FOTO

Ağdaşda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, “Ağ saray” və “Samirə” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib. Həmin obyektlərin icarədarları Məmməd Sadıqov (“Samirə” şadlıq sarayı) və Səbuhi Mustafayev (“Ağ saray” şadlıq sarayı) inzibati məsuliyyətə cəlb edilib.

Digər bir qayda pozuntusu isə Ağdaş şəhərində yerləşən “Ay işığı” şadlıq evində qeydə alınıb. Belə ki, icarədar Telman Yusubovun keçirilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməməsi aşkarlanıb. Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959
avatar

Mehman Nəbiyev

Oxşar yazılar