Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, rayonun Privolnoye kəndində 1993-cü il təvəllüdlü Gülşən Məlikovanı həmkəndlisi Qasım Qasımovun idarə etdiyi “VAZ - 2199” markalı avtomobil vurub.
Ağır dərəcəli bədən xəsarətləri alan qadını xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.