Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilir ki, oktyabrın 28-də saat 18 radələrində Sabunçu rayonu, B.Bünyatov küçəsində 43 yaşlı İsayev Qabil Oruc oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 48 yaşlı piyada Əliyeva Afət Firudin qızını vurub.
Zərbə nəticəsində A. Əliyeva yolun əks istiqamətinə düşüb və həmin istiqamətdə hərəkətdə olan 39 yaşlı Quliyev Samir Sabir oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobilə dəyib.
Faktla bağlı araşdırma aparılır.