Qadın sürücü 2 avtomobili yararsız hala saldı, ölən var -FOTO
11 oktyabr 2022 02:34 (UTC +04:00)

Qadın sürücü 2 avtomobili yararsız hala saldı, ölən var -FOTO

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

"Chevrolet" markalı avtomobili idarə edən xanım sürücü sükana nəzarəti itirərək yol kənarında hərəkətsiz dayanan 1984-cü il təvəllüdlü Ümüdov Fəxri Mehman oğluna məxsus "Mitsubishi" markalı maşına çırpılıb. Zərbənin gücündən "Mitsubishi" hərəkətdə olan "Audi" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəaində hərəkətsiz avtomobilin sürücüsü F. Ümüdov hadiaə yerində ölüb. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2322
avatar

Oxşar yazılar