Braziliyalı qadın sevgilisinin cinsi orqanını kəsib. Qadın bunu özünü müdafiə məqsədi ilə etdiyini izah edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə səhər tezdən Rio-de-Janeyro şəhərində baş verib. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb və orada təcili əməliyyat olunub. Həkimlər xəstənin kəsilmiş orqanını geri tikməyə çalışsalar da, prosedur istənilən nəticəni verməyib.
Qadın özü hadisə yerindən qaçsa da, tezliklə vəkili ilə birlikdə gələrək polisə təslim olub. O izah edib ki, sevgilisi ilə mübahisə edib və bu zaman özünü müdafiə etmək üçün bıçaq götürüb.