Qadın müstəntiq   şübhəlini dindirmək üçün QƏDDARLIQ etdi -  VİDEO
18 mart 2023 19:44 (UTC +04:00)

Qadın müstəntiq şübhəlini dindirmək üçün QƏDDARLIQ etdi - VİDEO

Simferopolda sərt qadın müstəntiq şübhəlini butılka vasitəsilə dindirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, istintaq zamanı hər şey onun ofisində baş verib.

26 yaşlı ədliyyə leytenantı dələduzluqda şübhəli bilinən şəxsdən həqiqəti qoparmağa çalışsa da, o, istənilən ifadəni verməyib və qadını ciddi qəzəbləndirərək cinayəti etiraf etmək istəməyib.

O, bütün variantları sınadıqdan sonra stolun üstündən şüşə butulka götürərək məhbusun başına bir neçə zərbə endirib. Yaralı şübhəli xəstəxanaya yerləşdirilib. Xəstəxanada həkimlər ona qançır və hematoma diaqnozu qoyublar.

Nəticədə polis əməkdaşının özü bu işdə təqsirləndirilən şəxsə çevrilib. O, şübhəli şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işində iştirak edir. İndi onu vəzifədə yüksəliş deyil, ciddi cəza gözləyir: o, növbəti on ili həbsxanada keçirə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502
avatar

Oxşar yazılar