Gəncədə qadın intihara cəhd edib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən “İki qardaş” kafesində qeydə alınıb.
Şəhər sakini 50 yaşlı Nəhayət Allahverdi qızı Mayılova intihar məqsədilə sirkə turşusu içib.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.