Moskvanın cənubunda mənzillərdən birində 40 yaşlı kişinin meyiti tapılıb. Qətli törətməkdə şübhəli bilinən sevgilisi saxlanılıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir ki, faciə avqustun 8-nə keçən gecə Musa Cəlil küçəsindəki evdə baş verib. 35 yaşlı qadın partnyoru ilə mübahisə edib və onun boynuna bir bıçaq zərbəsi endirib. Zərərçəkmiş aldığı xəsarətdən yerindəcə keçinib.
Qətldə şübhəli bilinən saxlanılıb.