Qadın  ailəsini öldürüb   İNTİHAR ETDİ – İpoteka ödənişinə görə
10 mart 2023 09:48 (UTC +04:00)

Qadın ailəsini öldürüb İNTİHAR ETDİ – İpoteka ödənişinə görə

ABŞ-ın Ohayo ştatından olan Tereza Keyn ailə üzvlərini küçəyə çıxarmaq təhlükəsi ilə üzləşdiyi üçün güllələyib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qadın, əri, atası və iki uşağı 2015-ci ildən ipoteka ilə aldığı ikimərtəbəli evdə yaşayır. Son zamanlar maliyyə problemlərinə görə ipoteka ödənişlərindən geri qaldıqları üçün evdən çıxarılmaqla hədələniblər.

Şerif idarəsinin nümayəndələri qadına ailənin evi tərk etməli olacağı barədə məlumat veriblər. Söhbət əsnasında Keyn sakitləşib və əşyalarını yığmaq üçün ona vaxt verilməsini istəyib. Bir neçə saatdan sonra şerifin köməkçiləri geri qayıdanda o, içəri qaçaraq qapını onların üzünə bağlayıb. Bundan sonra evdə atışma səsləri eşidilib. Qadın 3,5 saniyə ərzində 5 atəş açıb, ərini, atasını və 13 yaşlı oğlunu öldürüb, 20 yaşlı qızını ağır yaralayıb, daha sonra intihar edib.

Polis dəhşətli hadisə ilə bağlı araşdırma parır və Keynin psixi sağlamlıq problemlərinin olub-olmadığını yoxlayır. Görünür, qadın evdən çıxarılma xəbərini ailədən gizli saxlayıb, çünki onların əşyaları yığılmayıb.

Qadının yaralı qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, hazırda komadadır. Qızın dostları və qohumları onun müalicəsinin xərclərini qarşılamaq üçün ianə toplayıblar.


 

# 3561
avatar

Oxşar yazılar