Qaçırdığı qızın ailəsinin evinə basqın edib  dəhşət saçdı  -  VİDEO
10 mart 2024 14:57 (UTC +04:00)

Qaçırdığı qızın ailəsinin evinə basqın edib dəhşət saçdı - VİDEO


Bitlisin Mutki rayonunda evli Cihan Oral daha əvvəl qaçırdığı 27 yaşlı Ayşe İnceyolun evinə basqın edib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Oral Ayşe İnceyolu, 65 yaşlı atası Musanı və 35 yaşlı böyük qardaşı Neytullah İnceyolu silahla öldürüb, 54 yaşlı anası Nermin İnceyolu isə ağır yaralayıb. Hadisədən sonra qaçan Cihan Oralın tutulması üçün axtarış başladılıb.

Hadisə gecə saat 3 radələrində Mutki rayonunun Kavakbaşı qəsəbəsinin Arpalıseki məhəlləsində baş verib. Muşun Qorkut rayonunun Azaklı kəndində yaşayan evli Cihan Oral təxminən bir il əvvəl Ayşe İnceyolu qaçırıb. Lakin İnceyol ailəsi bir müddət sonra qızlarını taparaq evə gətirib. Cihan Oral gecə silahını da götürərək rayona gəlib. 

Silahla Ayşe İnceyolun evinə gedən Cihan Oral ilə ailə üzvləri arasında mübahisə düşüb. Bundan sonra dəhşətli hadisəni törədib.

# 3108
avatar

Oxşar yazılar