Prokurorluq məhkəmənin qərarına etiraz etdi
04 sentyabr 2024 13:28 (UTC +04:00)

Prokurorluq məhkəmənin qərarına etiraz etdi

Bəzi sosial media səhifələrində İsmayılov Azər Sərhəd oğlu barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi rayon Polis İdarəsində istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib, qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932
avatar

Oxşar yazılar