Polşada İtkin düşən həmyerlimizin meyiti TAPILDI
22 iyun 2023 15:17 (UTC +04:00)

Polşada İtkin düşən həmyerlimizin meyiti TAPILDI

Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun meyiti tapılıb.

Lent.az xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli öz "Facebook" hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:

“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.

Qeyd edək ki, Yusif Həsənov bir müddət əvvəl itkin kimi axtarılırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180
avatar

Fidan İlqar

Oxşar yazılar