Almaniyanın Hessen torpağının Qinshaym-Qustavsburq kommunasında polisin saxlamağa çalışdığı şəxs müqavimət göstərərək xidməti iti dişləyib.
Lent.az bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Gecə saatlarında 29 yaşlı iki kişi ilə 35 yaşlı qadın arasında baş verən atışmanı dayandırmaq üçün hadisə şahidləri polisə müraciət edib. Asayişı pozanlar özlərini çox aqressiv aparıblar və asayiş keşikçilərinin tələblərinə tabe olmaqdan imtina ediblər.
Saxlanılma zamanı 35 yaşlı qadın polisin üzünə zərbə vurub, 29 yaşlı kişi isə iti dişləyib. Heyvan ciddi xəsarət almayıb.