Noyabrın 20-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkənin bəzi avtomobil yollarında görmə məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə İş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Qurum rəsmisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarını ehtiyatlı olmağa çağırıb.