Daxili İşlər Nazirliyi “Son zəng” tədbirləri ilə bağlı valideyn və məzunlara müraciət edib.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, müraciətdə sürücülük hüququ olmayan yeniyetmələrə avtomobil verilməməsi xahiş olunur:
“Hörmətli valideynlər!
Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.
Hörmətli məzunlar!
Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir”.