Daxili İşlər Nazirliyi tərəfindən zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, polis gücləndirilmiş iş rejiminə keçib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib.
Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir.