Rusiyanın Rostov vilayətində polis şəxsi avtomobilində ölü halda tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki. hadisə Novoçerkassk şəhərində baş verib.
Avtomobil 2 saylı polis şöbəsinin yaxınlığında dayanıb.
İlkin məlumata görə, kişi intihar edib. Bu hərəkətin səbəbi hələlik məlum deyil.
Qeyd olunur ki, hadisə sentyabrın 6-da səhər saatlarında polis işə gələn zaman baş verib.
Hüquq-mühafizə orqanları bu faktla bağlı araşdırmalara başlayıb.