Polis əməliyyat keçirdi: 41 kilodan çox  narkotik aşkarlandı
30 mart 2023 10:19 (UTC +04:00)

Polis əməliyyat keçirdi: 41 kilodan çox narkotik aşkarlandı

0

Polis əməkdaşlarının martın 29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 41,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 38,9 kiloqrama yaxın marixuana, 200 qram tiryək, 100 qramdan çox metamfetamin olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1577

Oxşar yazılar