Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Zabrat qəsəbəsində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1989-cu il təvəllüdlü Ağayev Zaur Mehdi oğlunu “Toyota” markalı avtomobil vuraraq öldürüb.
Huşunu itirən sürücü daha sonra avtomobillə marketin yanındakı bankomata çırpılıb. Hadisə şahidlərin köməkliyinə baxmayaraq sürücü ürəktutmasından hadisə yerində keçinib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.