“Patı” satan daha 5 nəfər tutuldu
24 iyul 2021 13:02 (UTC +04:00)

“Patı” satan daha 5 nəfər tutuldu

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Yusif Hüseynzadə, Daxıl Hüseynov, Zakir Məmmədov, Kamal Cəfərov və Tacir Əliyev olduqları müəyyən edilib.

Onlardan narkotik maddə metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2211
avatar

Oxşar yazılar