"Patı" ilə tutulan gəncin FACİƏLİ SONLUĞU
03 avqust 2021 11:57 (UTC +04:00)

"Patı" ilə tutulan gəncin FACİƏLİ SONLUĞU

Avqustun 2-də Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini 31 yaşlı Tural İsmayılovun evində keçirilmiş axtarış zamanı 8 ədəd bükülüdə psixitrop maddə olan metamfetamin (patı) aşkar olunaraq götürülüb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilir ki, Tural İsmayılov şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Siyəzən rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilib. Həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı MSY-də qəfildən pisləşdiyindən polis əməkdaşları tərəfindən o, dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq Tural İsmayılov orada ölüb.

Hazırda faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. Tural İsmayılovla eyni və qonşu kameralarda saxlanılan şəxslərin və növbədə olan polis əməkdaşlarının izahatları alınaraq, məhkəmə-tibb ekspertizası təyin edilib. Hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Qeyd edilməlidir ki, ekspert tərəfindən keçirilmiş ilkin xarici müayinə zamanı meyit üzərində hər-hansı xəsarət aşkar edilməyib.

Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3444
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

29 iyun 2024 , 08:18
Pirsaat anbarında suyun səviyyəsi kritik həddə  çatdı

Pirsaat anbarında suyun səviyyəsi kritik həddə çatdı

28 iyun 2024 , 21:21
BELƏSİ OLMAMIŞDI:  Qoz ağacından məftillə özünü asdı

BELƏSİ OLMAMIŞDI: Qoz ağacından məftillə özünü asdı

28 iyun 2024 , 19:48
Rusiyada polis bu azərbaycanlın ı axtarır

Rusiyada polis bu azərbaycanlını axtarır

28 iyun 2024 , 19:13
Yasamalda KÜTLƏVİ HƏBSLƏR

Yasamalda KÜTLƏVİ HƏBSLƏR

28 iyun 2024 , 16:33
"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

28 iyun 2024 , 16:19
İnterpoldan ƏMƏLİYYAT:  Azərbaycanlı tutuldu

İnterpoldan ƏMƏLİYYAT: Azərbaycanlı tutuldu

28 iyun 2024 , 16:09
Bakıda Atatürk parkında  restoran yandı - YENİLƏNİB

Bakıda Atatürk parkında restoran yandı - YENİLƏNİB

28 iyun 2024 , 15:15