Paltaryuyan maşın yandı, ev sahibi tüstüdən zəhərləndi
04 mart 2024 02:22 (UTC +04:00)

Paltaryuyan maşın yandı, ev sahibi tüstüdən zəhərləndi

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə M.C.Paşayev küçəsi 18 ünvanında yerləşən beşmərtəbəli binada qeydə alınıb.
İkinci mərtəbədə yerləşən mənzilin mətbəxində yerləşən paltaryuyan alışıb. Ev sahibi yanğını söndürmək istəyərkən tüstüdən zəhərlənib. Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib. Alovun mətbəxdən digər otaqlara keçməsinin qarşısı alınıb.
Evin sahibi təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Fakt araşdırılır.

# 2517
avatar

Oxşar yazılar