Pakistan vətəndaşı Bakıda qəzada yaralandı
22 mart 2023 13:00 (UTC +04:00)

Pakistan vətəndaşı Bakıda qəzada yaralandı

Bakıda yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə martın 20-i saat 23 radələrində Xətai rayonu, Lütfizadə və Sarayevo küçələrinin kəsişməsində qeydə alınıb. 23 yaşlı Səfərli İlkin Elmar oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Pakistan Respublikası vətəndaşı 21 yaşlı Abdul Vahab Vasifin idarə etdiyi moped toqquşub. Nəticədə moped sürücüsü xəsarət alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.

# 1218
avatar

Mehman Nəbiyev

Oxşar yazılar