Bakıda kişi özünü binadan atıb.
Lent.az-ın məlumatına görə, hadisə iyulun 10-da gecə saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 40 yaşlı Cəlilabad rayon sakini olan Tahir adlı şəxs özünü hündürmərtəbəli binadan ataraq intihara cəhd edib. Dərhal o, 3 saylı Sabunçu Kliniki Xəstəxanasına yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, o, bu gün günorta saatlarında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.