“Ovqat" restoranı 4000 manat cərimələndi
26 iyul 2021 10:08 (UTC +04:00)

“Ovqat" restoranı 4000 manat cərimələndi

0

Abşeron rayonunda karantin qaydalarını pozan restoran sahibi və toyun təşkilatçısı cərimələnib

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "Ovqat" restoranında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi, masalarda qonaqların sıx əyləşdirilməsi müəyyən olunub. Həmin obyektin sahibi və məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1983

Oxşar yazılar