Bakıda müayinəyə gələn xəstənin bağırsaqlarında yad cisim tapılıb.
Lent.az xəbər verir ki, mədə-bağırsaq sistemindən şikayətçi olan xəstə müayinə üçün Bakıdakı özəl klinikaların birinə müraciət edib. Müayinə zamanı onun kor və qalxan çənbər bağırsaqların proyeksiyasında iki ədəd 3 mm ölçüdə metal yad cisim tapılıb. Həmin yad cisimlərin isə güllə qırmaları olduğu üzə çıxıb.
Məlum olub ki, Masallı sakini olan orta yaşlı kişi bir neçə gün əvvəl ovladığı qaşqaldağı yeyib. Tələsik yediyindən ov ətindəki qırmaları da udub.
Hazırda qırmaların onun bağırsaqlarından çıxarılması üçün tədbirlər görülür.