Fövqəladə Hallar Nazirliyi 2022-ci ilin yekunlarına dair statistikanı açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, 2022-ci il ərzində respublika ərazisində 16714 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2021-ci il ilə müqayisədə 1467 hadisə və ya 10 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 67 nəfər həlak olub, 296 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 104 nəfər xilas edilib, 1399 nəfər təxliyə olunub.