Türkiyədə 9 ay əvvəl ölən kişinin sümükləri tapılıb.
Lent.az xəbər verir ki, hadisə Malatya rayonunun Battalqazi qəsəbəsində baş verib. Zədələnərək yararsız hala düşən binanın sökülməsi barədə sahibi L.S-yə göstəriş verilib. O da 1 ildir həmin evdə yaşayan Haşim Babürə məlumat vermək üçün binaya gəlib.
Lakin binaya daxil olan sahibkar kəskin qoxu hiss edərək, polis və təcili tibbi yardım əməkdaşlarına məlumat verib. Hadisə yerinə gələn polislər ikinci mərtəbədə təxminən 9 aydır ölən kişinin sümüklərini tapıblar.
Sümüklər müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə aparılıb. Araşdırma aparılır.