Oğuzda evdən pul oğurlandı
18 aprel 2023 14:51 (UTC +04:00)

Oğuzda evdən pul oğurlandı

0

Oğuzda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki bir evdən 4400 manat pul oğurlanıb.

Oğuz rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sincan kənd sakini Ş. İslamov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2950

Oxşar yazılar