Ödənişli yolda AĞIR QƏZA:  6 nəfər yaralandı
18 iyun 2024 18:10 (UTC +04:00)

Ödənişli yolda AĞIR QƏZA: 6 nəfər yaralandı

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, "Toyota" markalı minik avtomobilinin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə zamanı nəqliyyat vasitəsində olan paytaxt sakinləri - Aygün Qurbanova, Aydan Qurbanlı, Aylin Qurbanlı, Aytac Əlixanova, Ayan Əlixanlı və Namiq Əlixanlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Oxşar yazılar