Novxanıda işçi istirahət mərkəzinin qarşısından qadının maşınını oğurladı
21 avqust 2024 11:32 (UTC +04:00)

Novxanıda işçi istirahət mərkəzinin qarşısından qadının maşınını oğurladı

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə avqustun 19-u saat 14 radələrində Binəqədi rayonu Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısında baş verib.

Mərkəzin qarşısında park edilən paytaxt sakini olan bir qadına məxsus “Hyundai” markalı avtomobil qaçırılıb. Hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765
avatar

Oxşar yazılar