"Nikosayağı"nı hansı cəza gözləyir? - HÜQUQŞÜNAS RƏYİ
16 avqust 2023 11:40 (UTC +04:00)

"Nikosayağı"nı hansı cəza gözləyir? - HÜQUQŞÜNAS RƏYİ

“Əgər sürücü sərxoş olaraq 1 nəfərin ölümünə, başqalarının isə yaralanmasına səbəb olubsa, 5 il sürücülük hüququndan və 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilir. Əgər sərxoş olmayıbsa, 3 il sürücülük hüququ və 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilərək cəzalandırılır”.

Bu sözləri hüquqşünas Şamil Paşayev Lent.az-a “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı cinayət işini şərh edərkən deyib.

Bildirib ki, yol-nəqliyyat hadisəsini törədən şəxsin sərxoş olub-olmamasına diqqət etmək lazımdır:

“Burada zərərçəkən tərəflərin şikayətçi olmamağı, barışığın olması işin yüngülləşdirən haldır. Baş vermiş hadisə ehtiyatsızlıqdan olan cinayətlər kateqoriyasına aiddir. Buna görə də məhkəmənin mövqeyi çox önəmlidir. Əgər şəxs sərxoş olmadığı halda, 5 ildən artıq cəza verilirsə, o, ümumi tipli cəzaçəkmə müəssisəsində qalır.

Əks halda, 5 ildən aşağı cəza verilərsə, şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qalır. Burada demək olar ki, şəxs öz azadlığını cüzi itirmiş olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Fidan İlqar

Oxşar yazılar