Bakıda yaşlı kişi itkin düşüb.
Lent.az-ın məlumatına görə, bu barədə onun nəvəsi sosial şəbəkədə paylaşım edib. Bildirib ki, 80 yaşlı Qafarov Cabbar Müslüm oğlu iyulun 15-i səhər saat 7-8 radələrində Pirşağı qəsəbəsində bağlar adlanan ərazidəki yaşadığı evdən çıxaraq itkin düşüb.
Onun sözlərinə görə, babası arıq, alçaqboylu, saçı yarı keçəl, dərisinin rəngi tünd və az saqqallıdır:
“Gözü zəif görür və epilepsiya xəstəsi olduğu üçün yaddaş problemləri var. Ehtimal edirik ki, daim yaşadığı Günəşli qəsəbəsinə gedib. Yaxud əvvəllər yaşadığı İçərişəhərə getdiyini də düşünürük. Ən son 173 saylı marşrut avtobusunun sürücüsü babamı avtobusa əl sallayan zaman görüb”.