Nazirlik qərar verdi – “Recep İvedik”in evi yıxılır
10 sentyabr 2024 03:24 (UTC +04:00)

Nazirlik qərar verdi – “Recep İvedik”in evi yıxılır

“Recep İvedik” kimi tanınan məşhur aktyor Şahan Gökbakarın Muğlanın Marmaris bölgəsindəki qeydiyyat şəhadətnaməsi ləğv edilən villası söküləcək.

Lent.az xəbər verir ki, Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Marmaris Bələdiyyəsinə məktub göndərərək villanın sökülməsini istəyib.

Qanunsuz tikililərə qarşı mübarizə aparan nazirlik mühafizə olunan əraziləri bir bir yoxlayaraq qanunsuz tikililəri aşkar edir və sökür.

Məşhur aktyor Şahan Gökbakarın Marmarisdəki qanunsuz villasının tədbirlər çərçivəsində söküləcəyi bildirilir.

Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi artıq bu ayın 6-sında söküntü üçün Marmaris Bələdiyyəsinə xəbərdarlıq məktubu göndərib.

Bələdiyyə söküntünü həyata keçirməsə bu işlə birbaşa nazirlik özü məşğul olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4497
avatar

Oxşar yazılar