Nazir  hökumətin iclasında   öldü
20 yanvar 2023 19:06 (UTC +04:00)

Nazir hökumətin iclasında öldü

1

Qabonun xarici işlər naziri Mikael Musa Adamo Nazirlər Şurasının iclası zamanı infarkt keçirərək, ölkənin paytaxtı Librevildə dünyasını dəyişib.

Lent.az bildirir ki, bu barədə “France-Presse” agentliyi hökumətin bəyanatına və prezident aparatındakı mənbəyə istinadən xəbər verir.

Qeyd olunur ki, həkimlərin bütün səylərinə baxmayaraq, onu reanimasiya etmək mümkün olmayıb.

"O, Nazirlər Şurasının iclasının əvvəlində iştirak edib və özünü pis hiss edib", - agentliyin mənbəsi bildirib.

Mənbə bildirib ki, nazir huşsuz vəziyyətdə hərbi hospitala çatdırılıb, o, günorta saatlarında dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3002

Oxşar yazılar