Azərbaycanda yeni yaradılan polis bölməsinə rəis təyin edilib.
Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin rəisi, polis mayoru Toğrul Hüseynov tutduğu vəzifədən azad edilərək Saray polis bölməsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Samir Qayıbov Qobu polis bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Saray polis bölməsi yeni yaradılıb.
Qeyd edək ki, Saray polis bölməsinə rəis təyin edilən T.Hüseynov polis generalı Rafiq Abbasovun yaxın qohumudur.