Naxçıvanda FACİƏ:  Hasar uçdu, ölən var  - YENİLƏNİB
30 oktyabr 2025 16:00 (UTC +04:00)

Naxçıvanda FACİƏ: Hasar uçdu, ölən var - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində dağıntı altında 1 nəfərin qalması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş dağıntı altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 25 yaşlı Vəliyev Qurban Cəfər oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar araşdırma aparır.

***

13:28

Babək rayonunun Nehrəm qəsəbəsində daş hasarın uçması nəticəsində bir nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

***
12:53

Naxçıvanda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb.

Yük avtomobili yükü hasarın ətrafına boşaldan zaman hasar uçub.

Nəticədə, bir nəfər uçqun altında qalıb.

Naxçıvanda daş hasar uçub, bir nəfər ölüb - YENİLƏNİB-1  - FOTO

Naxçıvanda daş hasar uçub, bir nəfər ölüb - YENİLƏNİB-1  - FOTO

Naxçıvanda daş hasar uçub, bir nəfər ölüb - YENİLƏNİB-1  - FOTO

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar