Avqustun 2-də Culfa şəhərindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Azər Səfərov, Vasif Həşimov və Kamran Əliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.