Naxçıvanda AĞIR QƏZA:  ölən var...
04 may 2022 13:52 (UTC +04:00)

Naxçıvanda AĞIR QƏZA: ölən var...

Naxçıvanda ölümlə nəticələnən ağır qəza olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə mayın 3-ü saat 15 radələrində Şərur rayonu ərazisində qeydə alınıb.

Rayon sakinləri B.İsmayılovun idarə etdiyi “Mercedes” və M.Məmmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub. Nəticədə M.Məmmədovun maşınında olan sərnişin Nurgül Bağırova xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Şərur rayon Polis İdarəsində araşdırma aparılır.

# 2826
avatar

Mehman Nəbiyev

Oxşar yazılar