Naxçıvanda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Şərur rayonu, Ələkli kəndində qeydə alınıb. Kənd sakini Röya Əsədova yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Qeyd edək ki, Röya kənd məktəbinin 9-cu sinfində təhsil alırmış.
İntiharın hansı səbəbdən baş verməsi bilinmir.
Faktla bağlı araşdırma aparılır.