Ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 4233 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Lent.az-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatına istinadən məlumatına görə, onlardan 16-18 yaşadək 5 nəfər, 18-25 yaşadək 321 nəfər, 26-29 yaşadək 738 nəfər, 30 yaş və ondan yuxarı isə 3169 nəfər təşkil edib.
Cinayət məsuliyyətinə cəlb olunanların 4150-i kişi, 83-ü isə qadın olub. 75 nəfər isə xarici ölkə vətəndaşlarıdır.
Bundan əlavə, saxlanılan narkotacirlərin 2-i orta məktəb şagirdi, 1-i kollec tələbəsi, 2-i nəqliyyat işçisi olub.