Narkotik çəkib dönər əti daşıyırdı, saxlanıldı - VİDEO
13 iyul 2022 09:29 (UTC +04:00)

Narkotik çəkib dönər əti daşıyırdı, saxlanıldı - VİDEO

Narkotik maddənin təsiri altında avtomobil idarə edən Mürvət Orucovun qanunazidd əməllərinin qarşısı alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 11-də “Ford” markalı, nəqliyyat vasitəsinin sürücüsü Mürvət Orucov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən nəzarət qaydasında stasionar postda saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı M.Orucovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Bununla yanaşı, nəqliyyat vasitəinin yük hissəsinə baxış keçirilən zaman soyuducu sistemi olmadan, anti-sanitar qaydada və digər qeyri-qida məhsulları ilə bir yerdə daşınan xeyli sayda dönər üçün xüsusi hazırlanmış ətlər aşkar edilib. Məsələ ilə bağlı dərhal Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib və aşkarlanan məhsullar aidiyyəti üzrə təhvil verilib.

M.Orucovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Qeyd:Videomaterial dyp.polisazerbaycan instagram səhifəsində mövcuddur. 

Narkotik çəkib dönər əti daşıyırdı saxlanıldı

# 1674
avatar

Mehman Nəbiyev

Oxşar yazılar