Narkotik çəkən sürücü postda tutuldu:  Görün nələr ortaya çıxdı
10 noyabr 2021 13:07 (UTC +04:00)

Narkotik çəkən sürücü postda tutuldu: Görün nələr ortaya çıxdı

Noyabrın 8-də saat 12 radələrində Masallı rayonu, Sərçuvar kəndi  ərazisindəki Yol Patrul Xidməti Alayının postunda Sumqayıt şəhər sakini M.Əhmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı onun sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığı aşkar edilib.

Polis əməkdaşlarında M.Əhmədovun narkotik vasitə qəbul etməsi şübhə doğurduğundan tibbi müayinədən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

M.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) protokol tərtib olunub və Masallı rayon məhkəməsi tərəfindən 500 manat məbləğində cərimələnib.

M.Əhmədovun borclu qismində axtarışda olması da müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Xaçmaz sakini iyunun 4-dən evdən gedəndir - AXTARILIR

Xaçmaz sakini iyunun 4-dən evdən gedəndir - AXTARILIR

29 iyun 2024 , 19:34
Deputat neft oğurluğuna görə  tutuldu

Deputat neft oğurluğuna görə tutuldu

29 iyun 2024 , 18:17
Daşkəsəndə dağ uçdu

Daşkəsəndə dağ uçdu

29 iyun 2024 , 18:11
Mürşüd Məmmədov Bakı həbsxanasında  öldü

Mürşüd Məmmədov Bakı həbsxanasında öldü

29 iyun 2024 , 15:31
Ölümündən 11 il sonra  dəfn edildi

Ölümündən 11 il sonra dəfn edildi

29 iyun 2024 , 12:53
Bakıda fermadan “Makarov”  oğurlandı, oğru da, ferma sahibi də saxlanıldı

Bakıda fermadan “Makarov” oğurlandı, oğru da, ferma sahibi də saxlanıldı

29 iyun 2024 , 12:35
Gəncə sakini 3 nəfəri benzinlə yandırdı

Gəncə sakini 3 nəfəri benzinlə yandırdı

29 iyun 2024 , 11:17
Astarada DƏHŞƏT:  Yeniyetmə qızın asılmış meyiti   tapıldı

Astarada DƏHŞƏT: Yeniyetmə qızın asılmış meyiti tapıldı

29 iyun 2024 , 11:01