Kanadanın London şəhərində sürücü bir müsəlman ailəsini qəsdən öldürüb.
Lent.az-ın xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Nataniel Veltman yüksək sürətlə idarə etdiyi pikap avtomobili ilə bir ailəni vuraraq hadisə yerindən qaçıb.
Nəticədə 4 nəfər hadisə yerindəcə ölüb, ailənin yalnız 9 yaşlı uşağı sağ qalıb.
Polis hadisəni törədəni saxlayıb. Yerli polisin baş müstəntiqi Pol Ueytin sözlərinə görə, Veltman ailəni yalnız müsəlman olduqları üçün məhv edib.