Müharibə iştirakçısını döyən azərbaycanlı istintaq təcridxanasında  öldü
04 dekabr 2024 13:42 (UTC +04:00)

Müharibə iştirakçısını döyən azərbaycanlı istintaq təcridxanasında öldü

Volqoqrad vilayətində xuliqanlıqda təqsirləndirilən 29 yaşlı Azərbaycan vətəndaşı Mikayıl Aydın oğlu Razakov Voljski şəhərində saxlanıldığı istintaq təcridxanasında dünyasını dəyişib. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayılıb.

O, ölümündən əvvəl 15 saylı müalicə müəssisəsində kömürülüb.

“Şübhəli şəxs reanimasiya zamanı xəstəliyin ağırlaşması nəticəsində dünyasını dəyişib”, - məlumatda vurğulanır.

Mikayıl Razakovun təqib olunması 2024-cü ilin oktyabrında məlum olub. O, 24 yaşlı Nikita Lariçkinlə birlikdə Voljski şəhərində Ukraynada müharibə iştirakçısı ilə dava etdiyi üçün qrup halında xuliqanlıq (Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi) işi üzrə saxlanılıb.

Kişilər arasında baş verən münaqişə küçə müşahidə kamerasına düşüb. Səs yazısına görə, müharibə iştirakçısı və yoldaşı saxlanılanlardan birinin hamilə arvadının yanından keçib.

“Qardaş, mənim arvadım hamilədir, niyə bu qədər geniş gəzirsən? Sağdan keçə bilmirsən, yoxsa nə?” – münaqişənin əvvəlində kişilərdən biri deyib. Qısa mübahisədən sonra dava başlayıb.

Həbs olunduqdan sonra Razakov və Lariçkin polis şöbəsində açıq şəkildə üzr istəmələri lentə alınıb. Onlar "Ukraynadakı müharibəyə müsbət münasibət bəslədiklərini" və "lazım olduqda" döyüş bölgəsinə getməyə hazır olduqlarını söyləyiblər.

Məhkəmə Razakov və Lariçkini dekabrın 13-dək istintaq təcridxanasına göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Oxşar yazılar