Ötən gün Salyan rayonunun Xocalı kəndi ərazisində üzərində çoxsaylı bıçaq xəsarətləri ilə meyiti tapılan Masallı rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədov Etibar Qüdrət oğluna məxsus avtomobil tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, içərisində qan izləri olan “VAZ-2107” markalı 90 DT 712 dövlət nömrə nişanlı avtomobil Kürqaraqaşlı kəndi ərazisində su kanalında aşkar edilib.
Avtomobil kanaldan çıxarılaraq tədqiqat üçün istintaqa təqdim edilib.
Qətldə əli olan şəxs və şəxslərin tapılması istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir.