Buryatiyada səkkizinci sinif şagirdi məktəbdə döyülüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, yeniyetmənin xəsarət almasına səbəb onun riyaziyyat dərsində davranışı olub. İddialara görə, oğlan dərsdə özünü pis apararaq, müəllimin dərsinə müdaxilə edib. Məlumata görə, müəllimlər əvvəlcə şagirdlə maarifləndirici söhbət aparmağa çalışıblar. Lakin müəllim özündən çıxıb, onu döyməyə başlayıb və sonda onun kəllə sümüyünü sındırıb. Zərərçəkmiş sümüyünün və burnunun sınığı ilə xəstəxanaya aparılıb.
Bununla belə, polis müəllimin döyülməyə təşəbbüs göstərmədiyi, məktəblilərin davasına müdaxilə etdiyi fərqli versiyanı nəzərdən keçirir. Məlum olub ki, müəllim təhsil müəssisəsinə işə düzəlmək üçün müraciət edərkən məcburi psixiatrik müayinədən keçməyib.
Hazırda o, müəllimlikdən uzaqlaşdırılıb. Araşdırma aparılır.