Mübahisə QANLA BİTDİ  - VİDEO
28 iyul 2021 09:11 (UTC +04:00)

Mübahisə QANLA BİTDİ - VİDEO

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cerkassı küçəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Quliyev Nurəddin Fəxrəddin oğlu aralarında düşən mübahisə zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

40 yaşlı kişi aldığı bıçaq zərbələrindən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
N.Quliyevi öldürən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

# 2097
avatar

Oxşar yazılar