Azərbaycan Moldovada cinayət törədən şəxsi ölkəsinə təhvil verib.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Moldova vətəndaşı, Maksim Preydanın – yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edərək Soroka şəhərində yaşayan Muntyan Anjelanın evinə daxil olub oradan gizli olaraq külli miqdarda ziyan vurmaqla 245 min moldova leyi dəyərində əşyaları oğurlaması müəyyən edilib. O, Soroka məhkəməsinin 27.10.2016-cı il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Maksim Preyda barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Moldova Baş Prokurorluğunun Azərbaycan Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Maksim Preyda 2021-ci il mayın 31-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldovanın hüquq mühafizə orqanlarına təhvil verilib.